Dortmund "Borussiya"sı "Mançester Siti"nin müdafiəçisi Yan Koutonu icarəyə götürüb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu 2024/25 mövsümündə icarə əsasında Almaniya təmsilçisində oynayacaq.
"Borussiya"nın gələn ilin yayında 22 yaşlı oyunçunu birdəfəlik almaq hüququ var.
Qeyd edək ki, Y.Kouto ötən mövsümü icarə əsasında "Jirona"da keçirib. O, İspaniya klubunun heyətində 38 matçda 2 qol vurub, 10 qolun ötürməsini verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun