Müjde Arın vəziyyəti ağırlaşdı

3 Avqust 2024 09:30

"Yeşilçam" aktrisası Müjde Arın səhhətində problem yaranıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xəstəxanalıq olan aktrisanın ürək damarlarında 95 faiz tıxanma olduğu üzə çıxıb. Ar  dərhal ürəyindən əməliyyat olunub. Proses 2 saat davam edib.

Aktrisa hazırda vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun