Türk diplomatlarını hədələməklə... - XİN

2 Avqust 2024 22:02

İsraildəki Türkiyə diplomatlarına qarşı təhdidlərlə Qəzzada sülhə nail olmaq mümkün deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Öncü Keçəli X hesabında ölkənin Təl-Əvivdəki səfirinin müavininin İsrail XİN-ə çağırılmasını şərh edərkən deyib.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı Türkiyədə avqustun 2-də birgünlük matəm elan olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun