"Avro-2012": Almanlar çətin yunan müdafiəsini yara biləcəklərmi? - FOTOSESSİYA
22 İyun 2012 14:42
Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatında bu gün 1/4 final mərhələsinin oyunu keçiriləcək.
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha bir qarşılaşma baş tutacaq.
A qrupundan sürpriz şəkildə 1/4 finala yüksələn Yunanıstan millisi "ölüm qrupu"nun qalibi Almaniya ilə üz-üzə gələcək. Son Avropa çempionatının finalçısı olan almanlar bu görüşün əsas favoriti hesab olunurlar.
Qeyd edək ki, bu cütün qalibi yarımfinalda İngiltərə - İtaliya cütünün qalibi ilə qarşılaşacaq.
22 iyun
"Avro-2012"də 1/4 finalın görüşləri
Almaniya - Yunanıstan
Baş hakim: Damir Skomina (Sloveniya)
23 iyun
İspaniya - Fransa
Baş hakim: Nikola Rissoli (İtaliya)
24 iyun
İngiltərə - İtaliya
Baş hakim: Pedru Proensa (Portuqaliya)
21 iyun
Çexiya - Portuqaliya - 0:1
Qol: Ronaldo, 79 (0:1)
Baş hakim: Hovard Uebb (İngiltərə)
Çexiya: Çex, Selassie, Kadleç, Sivok, Limberski, Plasil, Hübsşman (Pekhart, 87), Pilar, Jiraçek, Darida (Rezek, 61), Baroş
Portuqaliya: Patrisio, Peryra, Alveş, Pepe, Koentrao, Veloso, Moutinyo, Meyreleş (Rolando, 88), Nani (Kuştidio, 84), Poştiqa (Almeyda, 40), Ronaldo





















































































Foto: UEFA