İcra başçısının müavini işdən çıxarıldı

2 Avqust 2024 15:24

Goranboy rayon icra hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Goranboy rayon icra hakimiyyəti başçısının müavini Şamxal Həsənov tutduğu vəzifədən azad olunub.

Məlumata görə, Ş.Həsənov işdən azad olunana qədər icra başçısının müavini - İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini tuturdu.

Onun yerinə hələ ki yeni təyinat həyata keçirilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun