Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırıldı

2 Avqust 2024 15:53

İsrailin xarici işlər naziri İsrael Kats Türkiyənin bu ölkədəki səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail mediası xəbər yayıb.

Bildirilib ki, səfir müavininə HAMAS lideri İsmayıl Haniyənin ölümü ilə bağlı Tel-Əvivdəki səfirlik binasının önündəki Türkiyə bayrağının endirilməsinə dair etiraz bildirilib.

Hələlik Türkiyənin Xarici İşlər Nazirliyi yayılan xəbərə münasibət bildirməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun