Paşinyan yenə Tavuşa getdi

2 Avqust 2024 14:14

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə yaxın ərazidəki Tavuş vilayətinə gedib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hökumət başçısının feysbuk hesabında bildirilib.

"Birinci dayanacaq Dilicanda idi. Mən "Dağlıq Ermənistan" sanatoriyasına aparan avtoyolun 2,2 kilometrlik ərazisində aparılan təmir işləri ilə tanış oldum. Layihənin dəyəri 234 milyon dram təşkil edir, vəsait dövlət büdcəsindən ayrılıb", - paylaşımda deyilir.

Qeyd edək ki, N. Paşinyan bundan öncə də bir neçə dəfə Tavuşa səfər edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun