Bu ölkədə koronavirus yenidən yayılmağa başladı

3 Avqust 2024 05:05

Avropa ölkələrində koronavirusa yoluxanların sayı artmağa başlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, son bir həftə ərzində Britaniyada yoluxanların sayı 100 minə çatıb. Digər ölkələrdə də yoluxmuş insanların sayında artım müşahidə olunur.

Edinburq Universitetinin yoluxucu xəstəliklər epidemiologiyası professoru Mark Vulhauz xəbərdarlıq edir ki, virusun yeni dalğaları immunitetin qismən zəifləməsi nəticəsində yaranır.

Boğaz ağrısı, burun tıxanıqlığı, baş ağrıları və öskürək kimi soyuqdəymə ilə COVID-19 simptomlarını ayırd etmək çətin olur.

COVID-19-un spesifik simptomları:

Qızdırma

Yüksək hərarət daha çox COVID-19 ilə əlaqələndirilir. Soyuqdəymə yüngül qızdırmaya səbəb ola bilər, lakin bu, adətən COVID-19 ilə müşahidə olunandan daha aşağıdır.

Dad və ya qoxu itkisi

Anosmiya (dad və ya qoxu itkisi) COVID-19-un məlum simptomudur və soyuqdəymə ilə nadir hallarda müşahidə olunur.

Yorğunluq və bədən ağrıları

COVID-19 tez-tez şiddətli yorğunluq və bədən ağrılarına səbəb olur. Soyuqdəymə də yorğunluğa səbəb ola bilsə də, adətən daha az şiddətlidir.

Nəfəs darlığı

Nəfəs almaqda çətinlik və ya nəfəs darlığı xüsusilə ağır hallarda COVID-19 ilə daha çox rast gəlinir.

Simptomların müddəti

COVID-19 simptomları daha uzun davam edə və zamanla dəyişə bilər, halbuki soyuqdəymə adətən bir həftə və ya on gün ərzində yox olur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun