COP29-la bağlı bu mərkəz fəaliyyətini dayandırdı

2 Avqust 2024 09:49

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi fəaliyyətini dayandırıb.

Milli.Az İdman.Biz-ə istinadən xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2025-ci il fevralın 1-dək tarixinədək mərkəz işləməyəcək. Bu səbəbdən 2024/2025-ci illər mövsümü üzrə ölkə kuboku və Azərbaycan Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq.

AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var. Qurum ötən mövsümlərdə olduğu kimi, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun