UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulub.
Milli.Az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" (Albaniya) öz meydanında İslandiya təmsilçisi "Vikinqur"u qəbul edib.
İlk görüşdə səfərdə 1:0 hesablı qələbə qazanan "Eqnatiya" öz meydanında uduzub - 0:2. Bununla da həmyerlimizin klubu UEFA Konfrans Liqası ilə vidalaşıb.
Z.Əliyev bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan müdafiəçi 46-cı dəqiqədə Redi Kasanın əvəzinə meydana daxil olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun