UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Slovakiya təmsilçisi "DAK 1904"ü mübarizədən kənarlaşdıran "Zirə"nin növbəti rəqibi məlumdur.
Rəşad Sadıqovun komandası III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşacaq.
Təmsilçimiz ilk matçını avqustun 8-də səfərdə keçirəcək. 1 həftə sonra isə "Zirə" rəqibini Bakıda qəbul edəcək.
Qeyd edək ki, "Osiyek" II təsnifat mərhələsində "Levadiya"nı (Estoniya) mübarizədən kənarlaşdırıb. Xorvatiya təmsilçisi öz meydanında 5:1, bu gün keçirilən cavab görüşündə isə 1:0 hesablı (ümumi nəticədə 6:1) qələbə qazanıb.
Əlavə edək ki, "Osiyek" ötən mövsüm Xorvatiya çempionatını 57 xalla dördüncü pillədə başa vurub.
Milli.Az