NASA-nın Marsa göndərdiyi "Curiosity" maşını Marsda elm dünyasını heyrətə salacaq bir ilkə imza atıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, NASA "Curiosity" maşınının Mərsda təmiz kükürd tapdığını açıqlayıb və bu kəşfin Marsın keçmişi haqqında yeni məlumatlar əldə etməyə kömək edəcəyini bildirib.
NASA-nın Marsdakı Elm Laboratoriyası (MSL) missiyasının bir hissəsi olaraq, Marsdakı Gale kraterini tədqiq edən "Curiosity" tədqiqat maşınının 2012-ci ildən bəri planetdəki fəaliyyətini davam etdirdiyi bildirilir.
Qeyd edək ki, "Curiosity"nin missiyaları Marsın iqlimini və geologiyasını araşdırmaq, Marsda nə vaxtsa həyatın olub-olmadığını və suyun varlığını araşdırmaq, planetar məskunlaşmanı və gələcəkdə insanların orada araşdırma aparmağının mümkün olub-olmadığını araşdırmaqdan ibarətdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun