Veteran idmançımız Avropa çempionu oldu

25 May 2010 16:53
O, 35-39 yaşlı idmançıların mübarizəsində ikinövçülükdə 285 (təkanlaqaldırmada 125, birdənqaldırmada 160 kiloqram) kiloqram toplamış və qızıl medala sahib olub.

Digər idmançımız Asif Məlikov həmin yaş həddində 69 kiloqram çəki dərəcəsində gümüş medal əldə edib. Ağırlıqqaldıranımız ikinövçülük üzrə 247 kiloqram (təkanlaqaldırmada 111, birdənqaldırmada 136 kq) nəticə göstərib.

Nəsimi Bağırov və Natiq Ağayev 105 kiloqram çəki dərəcəsində yarışlarda beşinci yeri tutublar.

Nəsimi Bağırov 35-39 yaşlı idmançılar arasında ikinövçülükdə 279 kiloqram (təkanlaqaldırmada 129, birdənqaldırmada 150 kq) toplayıb. Natiq Ağayev isə 45-49 yaşlı idmançıların mübarizəsində 192 kiloqram (təkanlaqaldırma 86, birdənqaldırma 106) nəticə göstərib. Teymur Əliquliyev (77 kq) 40-44 yaşlı ağırlıqqaldıranlar arasında 197 kiloqram (təkanlaqaldırma 85, birdənqaldırma 112 kq) nəticə ilə 10-cu yeri tutub.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan yığmasına ilk qızıl medalı 56 kiloqram çəki dərəcəsində yarışan Akif Əliyev qazandırıb.

Veteranlar arasında 20-ci Avropa çempionatında dünyanın 33 ölkəsindən 600-dən çox ağırlıqqaldıran mükafatlar uğrunda mübarizə aparıb.

/AzərTAc/