15:33
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Milli.Az xəbər verir ki, bu barərə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Əlavə məlumat veriləcək.
------------
15:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-nin qüvvələri çağırış üzrə cəlb olunublar.
FHN Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
----------
15:08
FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Milli.Az xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırlıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
----------
14:57
"8-ci kilometr bazar"ının yaxınlığında yerləşən ticarət mərkəzində baş verən yanğınla əlaqədar yollarda sıxlıq yaranıb
Milli.Az xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "8-ci kilometr bazar"ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun