Amerikalı iş adamı və milyarder İlon Mask sosial şəbəkələrdə ABŞ prezidenti Co Baydenin harada olduğu ilə bağlı suallara diqqət çəkib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, "X" sosial şəbəkə istifadəçisi paylaşımında ABŞ prezidentinin hara yoxa çıxdığını və onun sağ olub-olmadığını soruşub. "Bayden sağdırmı? Demək istəyirəm ki, onun yarışdan kənarda olduğunu bilirəm... amma o, hələ də prezidentdir. O haradadır?" - istifadəçi yazıb.
Mask bu postu çiyinlərini çəkən insan emojisi ilə cavablayıb.
Sosial şəbəkələrdə də isə sui-qəsd nəzəriyyəsi ortaya çıxıb. İddia olunur ki, Bayden prezidentlik yarışını tərk etdikdən sonra dublyorla əvəz oluna bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun