Rusiyada binada partlayışda ölənlərin sayı 4-ə çatdı - YENİLƏNİB - FOTO

2 Avqust 2024 10:33

10:33

Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış zamanı ölənlərin sayı 4 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyindən bildirilib ki, ölənlərdən ikisi uşaqdır.

İndiyədək aralarında 7 uşaq olmaqla, 15 nəfər dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, axtarış-xilaetmə işlərinə ümumilikdə 550 nəfər mütəxəssis cəlb olunub.

---------------
2024.08.01


Rusiyanın Nijni Taqil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.

Bildirilir ki, 1971-ci ildə tikilən binanın bir hissəsi tamamilə dağılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İlkin məlumata görə, hadisəyə qaz balonunun partlaması səbəb olub.

Dağıntılar altından 3 nəfər xilas edilib. Hadisə yerinə havadan xilasetmə qrupu göndərilib.

Fövqəladə vəziyyət elan edilən Nijni Taqildə partlayış nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü uşaqdır. Yaralı şəxslərin sayı 7-yə çatıb, onlardan 5-i azyaşlıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun