Paris 2024-də daha bir biabırçılıq - FOTO

1 Avqust 2024 12:06

Açılış mərasimi ilə geniş müzakirələrə yol açan Paris 2024-də daha bir biabırçılıq yaşanıb.

Milli.Az bildirir ki, xristian dininin ələ salındığı, ortacinsin təbliğ olunduğu olimpiya oyunlarında yenə əxlaqsızlıq baş verib.

Qarət, əxlaqsızlıq və digər biabırçılıqların yaşandığı olimpiadada bu dəfə yaşlı qadın oğlunun və ərinin gözü qarşısında soyunub. Belə ki, tenis matçı zamanı kamera qadını çəkən zaman o əxlaqsızlıq edib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi 26 iyulda olub. Tədbir tarixdə ilk dəfə stadiondan kənarda təşkil olunub. Sena çayında təşkil olunan mərasim minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə start götürüb. Tədbiri 300 mindən çox tamaşaçı izləyib. Olimpiadanın bağlanış mərasimi avqustun 11-də baş tutacaq.

İslam
Milli.Az