Rusiyanın Moldovadakı səfiri XİN-ə çağırıldı

1 Avqust 2024 12:42

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ona Rusiya tərəfinin adı hallandığı "cəsusluq işi" ilə bağlı etiraz notası təqdim olunacağı bildirilib.

Bu arada, sözü gedən cinayət işinin istintaqı çərçivəsində müəyyən edilib ki, Moldova Parlamentinin və Sərhəd Xidmətinin iki əməkdaşı onlara bu fəaliyyəti həyata keçirməkdə dəstək verib. Həmin şəxslər öz mənafeləri naminə ölkənin zərərinə istifadə oluna biləcək strateji məlumatları Rusiya tərəfinə təqdim edib.

Qeyd edək ki, təqribən bir il əvvəl də iki dövlət arasında analoji qalmaqal yaşanıb. Bundan sonra Moldova hökumətinin tələbi ilə Rusiyanın bu ölkədəki diplomatik təmsilçiliklərinin sayı əhəmiyətli dərəcədə azaldılıb. Bu dəfə də analoji addımların atılacağı istisna edilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun