Ağdaş rayonunda ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən gecə Ağdaş şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Valeh Xankişiyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun