Haniyə dəfn olunur - YENİLƏNİB - FOTO

2 Avqust 2024 15:28

15:28

İki gün əvvəl Tehranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyə dəfn olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Bildirilir ki, mərhum avqustun 1-i dəfn olunmaq üçün Tehrandan Qətərin paytaxtı Dohaya gətirilib və məsciddə onunla vida mərasimi keçirilib. Mərasimdə HƏMAS-ın yeni lideri olacağı ehtimal edilən Xalid Maşal, Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani və digər rəsmi şəxslər də iştirak ediblər.

HƏMAS Siyasi Bürosunun rəhbəri Dohanın şimalındakı Lusail şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb.

--------------
2024.08.01


Dünən İranda qətlə yetirilən HAMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə üçün Tehranda cənazə mərasimi keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

HAMAS lideri üçün cənazə namazını İranın Ali Rəhbəri Seyid Əli Xamenei qıldıracaq.

Mərasimdən sonra Haniyənin cənazəsi Dohada dəfn edilmək üçün Qətərə göndəriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun