Bu gün Türkiyədə ali hərbi şuranın iclası keçiriləcək

1 Avqust 2024 09:45

Bu gün Türkiyədə ali hərbi şuranın iclası keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ölkənin vitse-prezidenti Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və digər rəsmi şəxslər, o cümlədən ordunun yüksək vəzifəli komandanları iştirak edəcəklər.

Müzakirələr nəticəsində bəzi general və admiralların vəzifəyə təyin olunacağı və istefaya göndəriləcəyi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun