Türkiyədə zəlzələ oldu

1 Avqust 2024 06:46

Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Qurumun verilənlərinə əsasən, yerli vaxtla 05:52-də (Bakı vaxtı ilə 06:52) ölkənin Malatya şəhərinin Yeşilyurt rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 10,83 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, iyunun 16-da eyni regionun Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olmuşdu.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun