Türkiyənin Muğla vilayətinin sahillərində batmaq təhlükəsi ilə üzləşən 67 miqrant xilas edilib. Qanunsuz yollarla Yunanıstana keçmək istəyən bu şəxslərin yunan tərəfindən Türkiyə ərazi sularına geri göndərildiyi bildirilir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Xidmətindən məlumat verilib.
Əraziyə sahil mühafizəsinin gəmiləri göndərilib.
Rezin qayıqlarda olan miqrantlardan 13-ü azyaşlıdır.
Onlar aidiyyatı qurumlara təhvil veriliblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun