TBMM fövqəladə iclas üçün toplanacaq

31 İyul 2024 22:02

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş avqustun 15-də fövqəladə iclas çağırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Türkiyə qanunvericilik məclisi rəhbərinin əmrinə əsasən, iclasda Fələstin lideri Mahmud Abbas çıxış edəcək.

Qeyd edək ki, bundan öncə Mahmud Abbasın Türkiyəyə səfər çərçivəsində parlamentdə çıxış edəcəyi barədə məlumat yayılmışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun