Dənizdə bir nəfər batıb, axtarışa helikopterlər cəlb olundu

31 İyul 2024 20:46

Dənizdə bir nəfər batıb, axtarışa helikopterlər cəlb olunub.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun