Fələstin Prezidenti bu tarixdə Türkiyəyə gedəcək

31 İyul 2024 17:10

Fələstin Prezidenti Mahmud Abbas avqustun 14-15-də Türkiyəyə rəsmi səfər edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, o, avqustun 14-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

M.Abbas növbəti gün isə Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun