Taksi sürücüsünə bıçaq çəkib pulunu aldı

31 İyul 2024 15:37

Sumqayıtda taksi sürücüsü qarət olunub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, iyulun 28-də Təzə Corat qəsəbəsi ərazisində "Opel" markalı avtomobildə olan sərnişinin sürücünü kəsici alətlə hədələyərək 45 manatını talaması barədə polisə məlumat daxil olub.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Azər Əbuzərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun