Xamənei: Haniyənin qisasını almaq İranın borcudur

31 İyul 2024 14:03

İsmayıl Haniyənin qisasını almaq İranın borcudur.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamənei deyib.

Onun sözlərinə görə, bunun səbəbi İsmayıl Haniyənin İran torpaqlarında şəhid olmasıdır: "Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı".

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun