Ərdoğandan HAMAS liderinin qətli ilə bağlı açıqlama

31 İyul 2024 12:19

HAMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda xaincəsinə öldürülməsini qətiyyətlə pisləyirəm.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "X" hesabındaki paylaşımında deyilir.

"Bu sui-qəsd Fələstin mübarizəsini, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmaq, fələstinliləri ruhdan salmaq və qorxutmaq məqsədi daşıyan bir hərəkətdir".

O əlavə edib ki, Türkiyə Fələstinə bütün imkanları, bütün gücü ilə dəstəkləməyə davam edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun