“Tesla” bu problemə görə 1,8 milyondan çox elektromobili geri çağırır

31 İyul 2024 12:27

"Tesla" elektromobilində kapotun açıldığı aşkar edildikdə proqram təminatının işinin pozulması riski səbəbindən ABŞ-da 1,8 milyondan çox maşın geri çağıracaq. Bu barədə ABŞ-nin Milli Avtomobil Yolları və Hərəkət Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bəzi hallarda elektromobilin proqram təminatının aşkar edə bilmədiyi kilidi açılmış kapot tamamilə açıla və sürücünün görünüş sahəsini bağlaya bilər. Bu da qəza riskini artırır. Geri çağırılma 2020-2024-cü ildə istehsal edilmiş S, X və Y modellərinə şamil olunur.

"Tesla" nasazlığın aradan qaldırılması üçün proqram təminatını yeniləyib.

Ötən ay "Tesla" şüşəsilənlərlə bağlı problemlər səbəbindən ölkədə "Cybertruck" yük elektromobillərinin əksəriyyətini geri çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun