Haniyə harada dəfn olunacaq?

31 İyul 2024 12:35

Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi sabah Tehranda keçiriləcək.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb.

O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun