Azad olunmuş ərazilərdə 34 məntəqə fəaliyyət göstərir - MSK-nın sədri

31 İyul 2024 12:03

Parlament seçkilərində də media nümayəndələrinin fəal şəkildə iştirak etmələrini istəyirik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Vətəndaşlarən seçki hüququnun təmini" mövzusunda keçirilən dəyirmi masada deyib.

MSK-nın sədri əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə 34 məntəqə fəaliyyət göstərir. Orada bütün şərait yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun