Sürücülərə ŞAD XƏBƏR: Bu yolda işlər yekunlaşır - VİDEO

31 İyul 2024 17:04

"Cavanşir" yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukuturunun yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir.

"Milli.Az" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, layihəyə uyğun olaraq yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yolun və əsas yola birləşən giriş-çıxış yollarının tikintisi üçün yol əsasının inşası da yekunlaşdırılaraq asfaltlanma işləri yerinə yetirilib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun