Venesuela bu ölkə ilə diplomatik əlaqələri kəsdi

31 İyul 2024 10:08

Venesuela Perunun xarici işlər naziri Xavyer Qonzales Olaçeanın müxalifətçi Edmundo Qonsalesi Bolivar Respublikasının yeni seçilmiş prezidenti elan etməsindən sonra Lima ilə diplomatik əlaqələri kəsib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Hil Pinto bildirib.

Onun sözlərinə görə, Venesuela hökuməti 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 45-ci maddəsi əsasında Peru Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Diplomat bildirib ki, Karakas Venesuela xalqının iradəsini və onun konstitusiyasını tanımayan Perunun xarici işlər nazirinin məsuliyyətsiz bəyanatları səbəbindən bu addımı atmağa məcbur olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun