Göygöldə bıçaq xəsarəti alan gənc ölüb

31 İyul 2024 08:30

Göygöl rayonunda 25 yaşlı gənc oğlan bıçaq xəsarətindən dünyasını dəyişib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, rayonun Üçtəpə kəndində 25 yaşlı E.Mustafayev qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun