Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Milli.Az xəbər verir ki, Laçına çatdıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar. Bununla da Laçın şəhərində 552 ailə yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
-------
15:43
Laçına növbəti köç prosesi reallaşıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.
Laçın şəhəri bu dəfə 18 ailəyə qucaq açıb və bununla da 60 laçınlının yurd həsrəti bitib. Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıblar və Laçının gözəl mənzərəsini seyr ediblər.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Bununla da Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
-------
07:56
Prezident İlham Əliyevin tapşırığına əsasən, Laçın şəhərinə növbəti köç karvanı yola çıxıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, iyulun 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola düşən köç karvanı respublikanın müxtəlif ərazilərində yerləşən yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Laçın şəhərinə 18 ailə - ümumilikdə 60 nəfər köçürülüb.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun əldə etdiyi zəfərlə məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmaq imkanı yaranıb.
Laçına qayıdan sakinlər, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dövlət qayğısı üçün təşəkkürlərini ifadə ediblər. Onlar həmçinin, torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirərək, şəhidlərimizə rəhmət, ailələrinə isə səbir diləyiblər.
Qeyd edək ki, indiyədək Laçın şəhərinə 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun