Beyruta zərbə: Bir nəfər öldü, 17-si yaralandı

31 İyul 2024 00:35

İsrailin Livanın paytaxtı Beyruta zərbələri nəticəsində bir qadın həlak olub, 17 nəfər isə xəsarət alıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Əxbar" məlumat yayıb.

Yaralılar arasında uşaqlar da var. Onlar Bahman xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, İsrailin Beyruta zərbələri nəticəsində Hizbullahın iki komandiri öldürülüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun