Rusiyadan İsrailin hücumuna dərhal reaksiya...

30 İyul 2024 23:23

İsrail Livan ərazisinə zərbə endirməklə beynəlxalq hüququ kobud şəkildə pozur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Bu zərbələr beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır", - deyə bildirilib.

Qeyd edək ki, İsrail təyyarələri Livanın paytaxtı Beyrutda Hizbullah hədəflərinə zərbələr endirdiyini açıqlayıb. Raketlərdən birinin xəstəxanaya düşməsi barədə məlumatlar da var.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun