Paris-2024: Boksçumuz 1/4 finalda

30 İyul 2024 19:08

Boksçumuz 1/4 finala çıxıb.

Milli.Az xəbər verir ki, Azərbaycanın boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

80 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Abdelrahman Abdelcavvadla üz-üzə gəlib.

Rəqibini üstələyən idmançımız 1/4 finala adlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun