Elman Tovuz vəfat etdi - FOTO

30 İyul 2024 18:24

Bir neçə gün əvvəl səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilən şair Elman Tovuz vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şairin yaxınları məlumat verib.

Bildirilib ki, 63 yaşında dünyasını dəyişən şair doğulub boya-başa çatdığı Tovuz rayonunda dəfn ediləcək.

Qeyd edək ki, Elman Tovuz 1998-ci ildə düşdüyü yol qəzasından sonra yeriyə bilmirdi, o, I qrup əlil idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun