Tanış olun: "iPhone 5" - FOTO

22 İyun 2012 10:20
Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, "iPhone" smartfonunun yeni versiyasında, "iPhone 5"də elektroenerji portu və dok-stansiya çıxışı tam fərqli olacaq.

"TechCrunch" bildirir ki, "Apple" korporasiyası "iPhone 5"də 19 çıxışlı portdan istifadə edəcək. Bu isə indi "iPhone 4S", "iPad" və "iPod"larda istifadə edilən 30 çıxışlı portdan daha kiçikdir.

Bu isə "iPhone" telefonlarının sahiblərinin indiki aksesuarlarından yeni telefon üçün istifadə edə bilməyəcəkləri deməkdir.

"iPhone 5" payızda rəsmən təqdim olunacaq. Yeni modelin sensor displeyi daha böyük olacaq, onun keyfiyyəti 1136x640 piksel təşkil edəcək.
Üstəlik, smartfonun operativ yaddaşı 1 qeqabayta çatdırılacaq.

Mütəxəssislərin dediklərinə görə, "Apple" iri korporasiyaların qərinələrdən bəri istifadə etdiyi "planlaşdırılmış köhnəldilmə" taktikasına əl atıb. Bu taktika yeni məhsulların satışlarını artırmaq və istehlakçıları həmin məhsulun əvvəlki variantlarından əl çəkərək son modeli almağa vadar etdirməkdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







Fotolar: Gizmodo