"Qalatasaray" onu Belçika klubuna satdı - 4 milyona

30 İyul 2024 16:49

"Qalatasaray" komandanın müdafiəçisi Emin Bayramı Belçikanın "Vesterlo" klubuna satıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nəşrin idman şərhçisi Burhan Can Terzi məlumat verib.

Terzinin sözlərinə görə, "Qalatasaray" bu transfer müqabilində "Vesterlo"dan 4 milyon avro transfer haqqı alacaq və növbəti satışda qazancın 50%-i "sarı-qırmızıların" kassasına daxil olacaq.

Qeyd edək ki, Emin Bayramın transferi əvvəllər də gündəmə gəlmiş, lakin azarkeşlərin reaksiyasından sonra futbolçunun komandada qalacağına qərar verilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun