Ermənistan bu ölkəyə ilk dəfə səfir təyin etdi

30 İyul 2024 13:22

Ermənistan Səudiyyə Ərəbistanına ilk səfirini təyin edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, prezident Vaaqn Xaçaturyanın Fərmanı ilə bu vəzifə Karen Qriqoryana həvalə olunub.

K.Qriqoryan, həmçinin ölkənin BƏƏ-dəki səfiridir.   

Qeyd edək ki, Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr 2023-cü ilin noyabrında qurulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun