Və çempion bilindi!

22 İyun 2012 10:34
Milli.Az CBS-ə istinadən bildirir ki, pley-off mərhələsinin final matçında "Oklahoma Siti" klubunu matçların sayına görə 4:1 hesabla geridə qoyan "Mayami Hit" çempion tituluna yiyələnib.

"Miami"nin qələbəsini LeBron Ceymsin tripl-dablı təmin edib.
O, 26 xal toplayıb, 13 məhsuldar ötürmə edib və 11 top alıb.
Ceyms matçın ən məhsuldar oyunçusu (MVP) sayılır.

MBA

Pley-off
Final
5-ci matç

"Mayami"-"Oklahoma Siti" - 121:106 (31:26, 28:23, 36:22, 26:35)

22 iyun, 05.00, "American Airlines Arena".

Milli.Az