Tramp Paris 2024-ün açılış mərasimini biabırçılıq adlandırdı

30 İyul 2024 10:12

Donald Tramp Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimini biabırçılıq adlandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ABŞ-ın keçmiş Prezidenti bunu "Fox News"a açıqlamasında deyib.

Açılış zamanı Leonardo da Vinçinin İsa peyğəmbərdən bəhs edən "Sonuncu şam yeməyi" tablosunun parodiyası əsasında hazırlanmış səhnəni tənqid edən Tramp deyib: "Mənim dünya görüşüm genişdir, lakin onların təşkil etdikləri açılış mərasimi biabırçılıqdır".

Tramp həmçinin vurğulayıb ki, ABŞ Prezidenti seçiləcəyi təqdirdə Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarında "Sonuncu şam yeməyi"nin parodiyalarına yer olmayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun