Venesuelada polislə etirazçılar arasında toqquşma - VİDEO

30 İyul 2024 15:18

Venesuelada Nikolas Maduronun yenidən prezident seçilməsinə etiraz edən şəxslərlə polis arasında toqquşma olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Karakasda bir qrup gənc tərəfindən prezident seçkisini müşahidə etmək üçün ölkəyə gələn şəxslərə hücum etməyə cəhd olunub.

Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, hazırkı dövlət başçısı Nikolas Maduronu seçkinin nəticələrini saxtalaşdırmaqda ittiham edirlər.

Polislə iğtişaşçıların toqquşması nəticəsində 23 nəfər hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun