ABŞ hərbçiləri Florida ştatında hipersəsli silahları sınaqdan keçirib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Report" TASS-a istinadən məlumat verib.
"Ordu (quru qoşunları - red.) və Hərbi Dəniz Qüvvələri bu yaxınlarda Florida ştatındakı Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin bazasında qeyri-nüvə hipersəs sistemini sınaqdan keçirməyə başlayıblar. Bu sınaqlar istifadəyə hazır hipersəs texnologiyasının inkişafında mühüm mərhələ oldu", - nazirliyin nümayəndəsi bildirib.
Pentaqonun əməkdaşı sınaqların uğurlu olub-olmadığını deməyib. O, sözügedən sistemlərlə bağlı başqa təfərrüatları açıqlamayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun