Paşinyan İrana gedir

30 İyul 2024 08:10

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gedəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu baş nazirin mətbuat katibi Nazeli Bagdasaryan bildirib.

Qeyd edək ki, Pezeşkian iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda seçilib.

Növbədənkənar seçkilər sabiq prezident İbrahim Rəisinin mayın 19-da vertolyot qəzasında həlak olmasından sonra baş tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun