Namirə Abbasova rəhbər təyin olundu

30 İyul 2024 09:01

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat olub.

Milli.Az xəbər verir ki, Namirə Abbasova Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri təyin olunub.

Qeyd edək ki, N. Abbasova bu təyinatadək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının müdir müavini vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun