Nyu Yorkda silahlı atışma: 2 nəfər öldü

30 İyul 2024 08:47

ABŞ-ın Nyu York ştatının Roçester şəhərində kütləvi atışma baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 qadın ölüb, 5 nəfər yaralanıb. İnsident yüzlərlə insanın tədbir üçün toplaşdığı Meyplvud Parkında baş verib. Atəşin neçə nəfər tərəfindən açıldığı aydınlaşdırılır.

Hadisəyə görə hələlik heç kəs cinayət məsuliyyətinə cəlb olunmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun